Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər. Bu barədə 28 oktyabr tarixində Report məlumat verib.
Bununla bağlı "Təhsil haqqında" qanuna yeni - 36-1.2.5-ci bənd əlavə olunur.
Yeni bəndə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.