Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 29 may tarixində xəbər verir.
Proqram çərçivəsində onlayn qeydiyyat platforması aktivləşdirilib.
COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.