Coratda anasını öldürüb qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı oğlan saxlanılıb. Bu barədə 21 avqust tarixində Report məlumat verib.
Belə ki, avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə “qəsdən adam öldürmə” və “iki şəxsi qəsdən öldürməyə cəhd etmə” maddələri ilə cinayət işi başlanıb.
Anasını kəsici alətlə qətlə yetirməkdə və qardaşına xəsarət vurmaqda şübhəli bilinən 2007-ci il təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu saxlanılıb.