2021-ci ildə Azərbaycanda saxta COVID-19 pasportu faktları ilə bağlı 35 cinayət işi açılıb. Bu haqda martın 15-də APA Baş Prokurorluğun nümayəndəsi Fazil Həsənəliyevə istinadən məlumat verib.
Onlardan 24-ü saxta peyvənd pasportunun verilməsi ilə bağlıdır. Buna cəlb edilən tibb işçiləri barəsində işlər baxılması üçün məhkəməyə göndərilib.
Bununla yanaşı, bu il ölkədə həkim səhvləri ilə bağlı 78 cinayət işi başlanılıb.