Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15°, gündüz 17-19° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 18-22°, dağlarda gecə 0-4°, gündüz 5-8° isti olacaq.