Səbail rayonunda yerləşən İçərişəhər "Cümə" məscidinə, Nərimanov rayonunda yerləşən "Cümə" məscidinə və Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidinə yeni imam müavinləri təyin olunacaq. Bu barədə Report 2 may tarixində xəbər verib.
Vakant vəzifələrin tutulması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müsahibə elan edib.
Aprelin 20-də Bakının Nərimanov rayonundakı “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.