Azərbaycanda aprelin 12-də başlayan güclü külək bir sıra fəsadlara yol açıb. Bu haqda APA məlumat yayıb.
Bərdə şəhərinin mərkəzində və rayonun bir neçə kəndində elektrik dirəkləri aşıb, naqillər qırılıb. Həmçinin külək 3 nəfərin xəsarət almasına da səbəb olub.
Ağdamın İmamqulubəyli kəndində isə ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. Bununla yanaşı, Tərtər şəhər 2 saylı məktəbin dam örtüyü məhv edilib. Eyni zamanda şəhərdə kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan dəyib.
Hazırda Bərdə, Tərtər və Ağdamda elektrik enerjisinin verilişi dayanıb.