Bakıda keçirilən Dünya Kubokunda Azərbaycan gimnastları İvan Tixonov və Nikita Simonov bu gün, martın 31-də finala vəsiqə qazanıb.
Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13,933 xal toplayaraq 8-ci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14,266 xal alıb və 6-cı yerə sahib olub.
Hər iki idmançı təsnifat mərhələsində ilk “səkkizlik”də yer aldıqları üçün finala yüksəlib.