2022-ci il üzrə dünya universitetlərinin reytinqində dörd Azərbaycan universiteti yer alıb. Hesabatı Scimago Institutions Rankings agentliyi təqdim edib.
Ölkə üzrə ən yüksək nəticəni Azərbaycan Dövlət İqtisad Universiteti göstərib (708-ci yer). Daha sonrakı yerləri Azərbaycan Universiteti (719-cu yer), Bakı Dövlət Universiteti (766-cı yer) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (769-cu yer) tutub.
Hesablamalar üç kateqoriya üzrə aparılıb: tədqiqat performansı, innovasiyaya çıxış və cəmiyyətə təsir.
Umumilikdə hesabatda 4364 uneversitetin göstəriciləri müqayisə edilib. İlk 5 yerdə Harvard Universiteti, Harvard Medical School, Tsinghua Universiteti, Stanford Universiteti, Çin Elmlər Akademiyası qərarlaşıb.
Qeyd edək ki, 2021-ci ilin hesabatında Azəbaycanın üç təhsil müəssisəsi yer alırdı. Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Tibb Universiteti idi.