İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu barədə 19 iyun tarixində APA məlumat verib.
Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə - 48 nəfərin köçürülməsi baş tutub.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 57 ailə, yəni 217 nəfərin daimi məskunlaşması təmin edilib.