Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu barədə 18 iyul tarixində APA məlumat verib.
Laçın şəhərinə daha 18 ailə - 73 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.