Martın 15-də Ağcabədi və Ağdam rayonlarında KOB dostları fəaliyyətə başlayıb. Bu barədə Kiçik və Orta Biznes İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, bununla da, Qarabağ iqtisadi rayonu üzrə KOB dostlarının sayı 4-ə çatıb. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi həyata keçiriləcək. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.
Hazırda KOB dostları ölkənin 30 şəhər və rayonunu əhatə edir.