Yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu barədə Report 23 noyabr tarixində xəbər verir.
Bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 93 nəfərin köçü başlayıb.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.
Noyabrın 20-də Zabuxa daha 25 ailə - 91 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.