Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub. Bu barədə 24 yanvar tarixində Report məlumat verib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Yurda qayıdan 30 ailəyə (125 nəfər) mənzillərin açarları təqdim edilib.
Bununla da 470-ə yaxın ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin edilib.