8 qazi müasir protezlərlə təmin edilib. Bu barədə martın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 2020-ci ilin dekabrından 270 müharibə əlili yüksək texnologiyalı 285 ədəd 4-cü nəsil protezlə təmin olunub.
Onlardan 82 nəfəri I Qarabağ Müharibəsi və Vətən Müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir. 188 nəfəri isə 44 günlük Vətən Müharibəsinin qazisidir.