AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Bu barədə İnsanoid Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən bu gün, 15 fevral tarixində xəbər verir.
Fevralın 17-dən "20 Yanvar" metro stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.