Masallıda qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Hadisə 2020-ci il sentyabrın 4-də Masallı rayonunun Hüseynhacılı kəndində baş verib. Zərərçəkmiş Aidə Şəmmədovanın qonşusu Şəhriyar Tapdıqov əvvəlcədən planlaşdırdığı oğurluq üçün həmin gün saat 10 radələrində evə daxil olub.
O, evdə qəflətən Aidə Şəmmədova ilə qarşılaşıb. Törətdiyi oğurluq cinayətini gizlətmək üçün baş nahiyəsinə linglə bir neçə dəfə zərbə vuraraq onu qəsdən öldürüb.
Şəhriyar Tapdıqov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.