Bakı şəhərinin Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi vəfat edib. Bu barədə İnsanoid bu gün, 15 fevral tarixində xəbər verir.
Məktəbin sosial şəbəkə hesabında bildirilib ki, həmin şagird 14 yaşlı Nuray Süleyman qızı İbrahimovadır.
Yayılan məlumatın şərh bölümündə isə qeyd edilib ki, məktəbli qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.
Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan dünyasını dəyişib.