Şuşada mina partlaması nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibov minaya düşüb.
Ayağından xəsarət alan şəxs polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.