Azərbaycanda üç idman qurumunun federasiya statusu dayandırılıb. Bu barədə noyabrın 2-də Report xəbər verib.
Bunlar “Əlil Arabasında Qılıncoynatma Federasiyası”, “Motosiklet İdmanı Federasiyası” və “Miks Martial Arts Federasiyası” ictimai birlikləridir.
Əvəzində “Azərbaycan Tennis Federasiyası” İB, “Azərbaycan Bilyard Federasiyası” İB, “Azərbaycan Qış İdman Növləri Federasiyası” İB, “Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası” İB və “Azərbaycan Minifutbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.
Beləliklə, statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə 31 federasiyanın statusu dayandırılıb.