Bakının Xəzər rayonunda dənizdə batan gənc qız xilas edilib. Bu barədə Report 6 iyul tarixində xəbər verib.
Şüvəlan çimərliyində 22 yaşlı Orucova Çinarə İlham qızı dənizdə üzərkən boğulmaq təhlükəsi ilə üzləşib.
Ç.Orucova xilasedicilərin köməkliyi ilə çıxarılaraq xəstəxanaya çatdırılıb.