Qubada itkin düşən məktəbli tapılıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Quba şəhər 2 saylı tam orta məktəbinin şagirdi, 13 yaşlı Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb.
Dərsə də getməyən məktəblinin valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Tezliklə itkin düşən yeniyetmə tapılıb.