Ölkənin Qərb bölgəsində leysan yağış yağır, dağlıq rayonlara dolu düşüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 8 iyun tarixində xəbər verir.
Hazırda Gəncə şəhərində güclü yağış yağır.
Bəzi küçələrdə yağış suları nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb.
Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına dolu düşüb, küləklə müşahidə olunan güclü yağış yağıb.
Hazırda bölgədə güclü ildırım çaxır, yağıntılı hava şəraiti davam edir.