Daşkəsən sakini Goranboyda atdan yıxılıb. Bu haqda 17 yanvar tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə rayonun Goran qəsəbəsində baş verib. Belə ki, Daşkəsən rayonunun Çovdar kənd sakini, 26 yaşlı Ziyafət Məhərrəmov atdan yıxılaraq kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.