Bakının Suraxanı qəsəbəsində 40 yaşlı şəxs bıçaqlanıb. Bu haqda APA aprelin 9-da məlumat paylaşıb.
Zərərçəkən tanışı ilə əlbəyaxa dava zamanı yaralanıb. Onun qol, ayaq və qarın nahiyəsinə ümumilikdə 4 bıçaq zərbəsi endirilib.
Bununla yanaşı, paytaxtın Xətai rayonu, NZS yaşayış massivində 55 yaşlı sakin naməlum şəxs tərəfindən bıçaqlanıb. Xəsarət alan xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam edir.