Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayon sakinlərinin qəbulu keçiriləcək. Bu barədə 28 aprel tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.05.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.