Dələduzluqda təqsirləndirilən şəxsə aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda Report məlumat paylaşıb.
O, 6 il 6 ay müddətinə həbs edilib.
Saxlanılan şəxs dayısının 1 milyon 400 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Onun barəsində 2019-cu ilin dekabr ayında “dələduzluq” maddəsilə axtarış elan olunub.