Futzal üzrə DÇ-2024-ün elit raundunda Azərbaycan millisinin səfərdə Rumıniyaya qarşı keçirəcəyi oyunun təyinatları müəyyənləşib. Bu barədə 19 avqust tarixində Report məlumat verib.
Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Admir Zahoviç, Aleş Mocnik Periç və Dejan Veselic görüşdə iş başında olacaqlar.
İtaliyalı Angelo Qalante hakim-inspektor, serbiyalı Zoran Dimiç UEFA nümayəndəsi kimi təyinat alıb.
Oyun sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.