Dekabr ayı ərzində ümumi dəyəri 2 milyon 357 min 830 manat оlan qaçaqmal saxlanılıb. Bu barədə yanvarın 5-də Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Keçirilən əməliyyatlar zamanı 55 kiloqram 280 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 100 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Həmin müddət ərzində dövlət sərhədini pozan 41 nəfər saxlanılıb. Onlardan 20 nəfəri Azərbaycan, 6 Pakistan, 7 İran, 3 Hindistan, 2 Əlcəzair, 1 Tacikistan, 1 Gürcüstan, 1 Türkiyə vətəndaşları olublar.
Qeyd edilənlərlə yanaşı, axtarışda оlan 404 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.