Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədova töhmət verib. Bununla bağlı qərar komissiyanın aprelin 28-də keçirilən iclasında qəbul edilib.
Bu barədə 28 aprel tarixində Report məlumat verib.
Xatırladaq ki, onun mətbuata verdiyi müsahibədə səsləndirdiyi bir sıra fikirlər deputatların narazılığına səbəb olub. Parlamentin aprelin 25-də keçirilən iclasında V.Əhmədovun müsahibəsi müzakirə edilib. Deputatlar onu sərt tənqid ediblər. Sonda məsələyə İntizam komissiyasında baxılması barədə qərar verilib.