Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub. Bu barədə 20 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, ötən il mayın 26-da Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən 17 000 dollar, 550 avro pul və 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb və həmin ev yandırılıb.
Şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.