Gəncədə oğurluq olub. Bu barədə 9 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, həyətyanı sahədən 80 000 manat dəyərində 6 ədəd daşkəsən dəzgah, 2 ədəd dəmir çardaq və 150 metr naqil oğurlanıb.
Şübhəli bilinən Gəncə şəhər sakini X.Əhmədova saxlanılıb.