Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 2 avqust tarixində APA məlumat verib.
Goranboy rayon Borsunlu kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Tərtər rayon sakini Ruslan İbrahimov saxlanılıb.
Şübhəli şəxsin üzərinə baxış keçirilərkən əlindəki sellofan torbadan ümumi çəkisi 3 kq olan narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.