Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə 9 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlardan ümumilikdə 9 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.