Avqustun 3-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna start verilir.
Bu barədə 3 avqust tarixində Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktoranturada təhsil alan Azərbaycan vətəndaşları proqrama müraciət edə bilərlər.
Bunun üçün tələb olunan sənədlərin siyahısını, elanı və qeydiyyat linkini müvafiq keçiddən əldə edə bilərsiniz.
Müraciət müddəti 20 sentyabr 2023-cü ilədək davam edəcək.
Əlavə sual yarandığı halda [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.