Dövlət qulluğuna inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə imtahan iyulun 23-də keçiriləcək. Bu haqda 21 iyul tarixində Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Saat 10:00-da başlayacaq imtahanda 72 nəfərin iştirak edəcəyi gözlənilir.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metro stansiyasının yanı) ünvanında keçiriləcək.