Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif ediliblər. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçuları təltif olunublar.
Təltif olunmuş hərbi qulluqçuların siyahısı ilə link vasitəsilə tanış olmaq olar.