Dövlətə xəyanətdə təqsirləndirilən Hacı Paşayev 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə 11 avqust tarixində Report xəbər verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İttihama görə, H.Paşayev xarici xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilir.
Onun barəsində “dövlətə xəyanət”, “dövlət əleyhinə yönələn açıq çağırışlar” və “milli, irqi və dini ədavətin qızışdırılması” maddələri ilə ittiham elan olunub.