2022-ci ildə Azərbaycanda 133,8 milyard manatlıq və yaxud 2021-ci illə müqayisədə 4,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə 17 yanvar tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7% azalıb, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 43,4% artaraq 13 292 manat olub.