Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 9 fevral 2024-cü il tarixində saat 11:00-da Salyan rayonunda Neftçala və Salyan sakinlərini qəbul edəcək.
Bu barədə 29 yanvar tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
“Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, fevralın 2-dək Fondun Salyan rayonunda yerləşən regional filialına və Neftçala rayonundankı qəbul şöbəsinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz”, - deyə məlumatda qeyd olunub.