Azərbaycana 15 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə 8 avqust tarixində Dövlət Sərhəd Xidməti (DSX) məlumat verib.
Avqustun 6-da saat 13:55-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Ümumi çəkisi 15 kiloqram 195 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[gallery link="file" columns="1" size="full" ids="124903"]