Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanılıb. Bu barədə 23 noyabr tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.
Noyabr ayının 22-də saat 03:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2005-ci il təvəllüdlü Bakı şəhər sakini Vəlizadə Nəriman Emin oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.