İrandan Azərbaycana külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. Bu barədə aprelin 15-də Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Hadisə aprelin 13-də Yardımlı rayonunun Avaş kəndində yerləşən sərhəd zastavasının xidməti sahəsində qeydə alınıb. İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 4 nəfər naməlum şəxs aşkar edilib.
Sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib, geriyə qaçıb. Ərazidə tapılan 7 bağlamaya baxış keçirilərkən 8 380 qutu siqaret götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[URIS id=42686]