Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşı saxlanılıb. Bu barədə 9 yanvar tarixində Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1999-cu il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı Süleyman Javed Masıh saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.