Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
Bu barədə İnsanoid Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətinə istinadən bu gün, 12 dekabr tarixində məlumat verir.
Şəxsi heyət dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirərək məzarı önünə əklil və gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
![]()