Sosial şəbəkələrdə Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır. Bununla bağlı noyabrın 7-də Dövlət Təhlükəsizliyi Xidməti açıqlama yayıb.
İnternetdə Naxçıvan əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində çətinliklərlə üzləşməsi barədə məlumatlar yerləşdirilib. Bu, uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından həyata keçirilir.
Həmçinin naxçıvanlıların könüllü şəkildə İranın tərkibinə qatılmaq istəməsi və İran silahlı qüvvələrinin orada yerləşdirilməsi barədə yerli əhali adından saxta müraciət yayımlanıb.
Qurumdan bildirilib ki, belə hallar araşdırılır və müvafiq tədbirlər görülür: “Bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir”.
Açıqlamada, həmçinin Azərbaycan dövlətinin Naxçıvanda əhalinin təhlükəsiz yaşamasının təminatçısı olduğu vurğulanıb.