AZfront-a istinadən xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.