Dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan paraüzgüçüləri Vətənə qayıdıblar. Bu barədə 8 avqust tarixində Report məlumat verib.
Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Azərbaycan paraüzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən çempionatda 5 medal əldə ediblər.
Roman Salei 100 m məsafəyə sərbəst üsulla üzmədə qızıl, eyni məsafəyə arxasıüstə üzmədə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə "butterfly" üsulu ilə üzmədə bürünc medal qazanıb. Vəli İsrafilov isə 100 m məsafəyə bras növündə dünya çempionu olub.