Bakı Şəhər Dövlət Yol Polisi sürücülərə müraciət edib. Bu barədə noyabrın 2-də Report xəbər yayıb.
“Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin”, - deyə müraciətdə bildirilir.
Belə ki, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir.