Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. Bu barədə İnsanoid Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
"Bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırırıq.
Baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq, polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir", - məlumatda deyilir.